Litva Xarici İşlər Nazirliyinə çağırılan Rusiya səfirliyinin nümayəndəsinə Ukrayna mülki şəxslərinə, enerji obyektlərinə və digər vacib infrastruktur obyektlərinə hücumlarla bağlı sərt etiraz notası təqdim edilib.
Globalinfo.az-ın xəbərinə görə, nazirlik qeyd edib ki, Rusiya mədənçiləri daşıyan avtobus, Drujkivka bazarı, təcili yardım maşını, eləcə də istilik və elektrik şirkətləri kimi mülki hədəfləri açıq şəkildə seçməklə danışıqlarda iştirakının sadəcə saxta olduğunu bir daha nümayiş etdirir.
Çünki təcavüzkar ölkənin Ukrayna xalqının məhv edilməsinin qarşısını almaqda və ya suveren dövlətə qarşı bu təcavüzə tez bir zamanda son qoymaqda maraqlı deyil”, – Litva Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilir.
Bu, Litvanın il ərzində Rusiyaya göndərdiyi dördüncü notadır. Keçən il Vilnüs Rusiyanın Ukraynadakı hərəkətlərinə 27 dəfə sərt etiraz sərgiləyib.
Əliyar Xəlil