Azərbaycanın Zəfər Günü münasibətilə Minskdə Milli Kitabxana binasında xüsusi işıq proyeksiyası nümayiş etdirilib.
Globalinfo.az APA-ya istinadən bildirir ki, Azərbaycanın Zəfər Günü münasibətilə Belarus Respublikasının paytaxtı Minsk şəhərindəki Milli Kitabxana binasının üzərində Azərbaycan bayrağı və zəfərə aid simvolları əks etdirən xüsusi işıq proyeksiyası nümayiş etdirildi. Bu tədbir, Belarusda fəaliyyət göstərən Azərbaycan Ticarət Evinin təşəbbüsü ilə baş tutdu və hər iki ölkə arasındakı dostluq münasibətlərin yüksək səviyyədə olmasını nümayiş etdirir.
Turistlər və şəhər sakinləri arasında böyük maraq doğuran bu təşəbbüs Azərbaycan-Belarus münasibətlərinin inkişafına töhfə verməklə yanaşı, Azərbaycanın təbliğinə müsbət təsir edir.
Belarusda Azərbaycan Ticarət Evinin nümayəndələri bildiriblər ki, bu cür tədbirlər Azərbaycan mədəniyyətinin və tarixinin Belarus ictimaiyyətinə tanıdılması baxımından böyük əhəmiyyət kəsb edir.