İsrailin Müdafiə Qüvvələri Fələstinin Tulkərm şəhərində antiterror əməliyyatına başlayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidmətinin məlumatında bildirilib.
“Bir müddət əvvəl Yəhudeya və Samariyada (İordan çayının qərb sahilinin İsrail təyinatı – TASS qeydi) terrorla mübarizə tədbirlərinin bir hissəsi olaraq İsrail Müdafiə Qüvvələri və İsrail Sərhəd Polisi Tulkərmdə antiterror əməliyyatına başlayıb”, – deyə məlumatda bildirilir.
Qeyd edək ki, bu gün İsrail ordusu HƏMAS-ın Tulkərmdəki səhra komandiri Əhəd Əbu Ativinin hava zərbəsi nəticəsində məhv edildiyini açıqlayıb.














