İsrail ordusu HƏMAS-ın siyasi bürosunun rəhbərinin evini bombalayıb.
Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə “The Times of İsrael” nəşri yazıb.
İsrail Müdafiə Qüvvələrinin məlumatına əsasən, həmin ev terror infrastrukturu və digər məqsədlərlə yanaşı, həm də təşkilatın yüksək səviyyəli rəsmiləri üçün görüş yeri kimi istifadə olunub.
HƏMAS bundan öncə İsrail ordusunun İsmayıl Haniyə və onun ailəsinə məxsus iki evi vurduğunu bəyan etsə də, İsrail ordusu ilk dəfədir belə bir məlumatı təsdiq edir.
Qeyd edək ki, İsmayıl Haniyə hazırda Qətərdə yaşayır.














