İsrail İranın qırmızı xəttini keçib, bu əraziyə girdi: Tehran nə edəcək?

İsrail İranın qırmızı xəttini keçib, bu əraziyə girdi: Tehran nə edəcək?

İsrail Rəfahda hərbi əməliyyatı genişləndirib. Məlumata görə, ölkənin hərbi kabineti ordunun Rəfahdakı əməliyyatının genişləndirilməsini dəstəkləyib.

İsrail əməliyyatları genişləndirərək nəyə nail olmaq istəyir? Rəfahın İsrail nəzarətinə keçməsi hansı nəticələri yaradacaq? ABŞ Qərb bu əməliyyatlara təzyiq edəcək, yoxsa dəstəkləyəcək? İranın cavabı necə olacaq?

Globalinfo.az-a danışan politoloq Qədir Aslan deyib ki, İsrail ilk gündən Qəzza ilə bağlı planının nədən ibarət olduğunu bildirmişdi.

“HƏMAS tam məğlub edilməlidir. Yəni liderlər həbs edilməli, xüsusilə, Yahya Sinvar ələ keçirilməlidir. Yalnız bundan sonra Qəzza tam olaraq demilitarizasiya oluna bilər.

Qəzzanın yenidən bərpa edilməsi, habelə sosial və infrastruktur layihələrinin icra olunması üçün yeni hökumət qurulmalıdır. Bütün bunları yerinə yetirmək üçün Rəfah mütləq təmizlənməlidir.

O ki qaldı İranın reaksiyasına, rəsmi Tehranın nə isə edəcəyini düşünmürəm. Artıq bəllidir ki, İran hökuməti İsrailin qəzəbinə tuş gəlməkdən xeyli qorxur.

ABŞ bu məsələdə üzdə beynəlxalq hüquq normalarını qabartmağına baxmayaraq bu işin axıra qədər çatdırılmasının tərəfdarıdır. Çünki proses elə bir mərhələyə çatıb ki, yarımçıq qoymaq çox təhlükəlidir”.

Turan Rzayev
Globalinfo.az