ABŞ savaş ərəfəsində: Tramp səfərini təxirə salır?

ABŞ savaş ərəfəsində: Tramp səfərini təxirə salır?

ABŞ Dövlət Departamenti Prezident Donald Trampın NATO-nun Haaqada keçiriləcək sammitinə qatılmayacağını istisna etmir. Səbəb isə Yaxın Şərqdə – İsrailİran arasında silahlı qarşıdurmanın kəskinləşməsidir.

Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ Xarici İşlər Nazirliyinin mətbuat katibi Temmi Bryus brifinq zamanı açıqlama verib.

“Hazırda plan qüvvədə qalır, lakin hər şey mümkündür. Nəticədə bu prezidentin səfəridir və qərarı Ağ Ev verəcək”, – Bryus deyib.

Qeyd edək ki, NATO sammiti 24-25 iyun tarixlərində Haaqa şəhərində keçiriləcək. Tədbirdə 45 ölkənin dövlət və hökumət başçıları, xarici işlər və müdafiə nazirləri, ümumilikdə isə 6 minə yaxın nümayəndənin iştirakı gözlənilir. ABŞ hökuməti bundan əvvəl Trampın bu sammitdə iştirak edəcəyini rəsmən təsdiqləmişdi.

Aysel Əliyeva
Globalinfo.az