“İsrail və İran arasında bağlanmış atəşkəsin zaman məhdudiyyəti yoxdur, o “əbədi qüvvədə olacaq”.
Report xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “NBC News” telekanalına müsahibəsində bildirib.
“Düşünürəm ki, atəşkəs müddətsizdir. O əbədi davam edəcək”, – siyasətçi əmin edib.
O əlavə edib ki, müharibə “tamamilə başa çatıb” və İsrail ilə İranın “bir daha bir-birinə atəş açacağına” inanmadığını bildirib.
Daha əvvəl Tramp bəyan etmişdi ki, Təl-Əviv və Tehran 24 saat ərzində “12 günlük müharibənin rəsmi dayandırılması” olacaq atəşkəs barədə razılığa gəliblər.
***00:13
“Təbriklər, dünya, sülh zamanıdır”.
Globalinfo.az xəbər verir ki, belə bir açıqlama ilə ABŞ Prezidenti Donald Tramp çıxış edib.
O, bu barədə özünün “Truth Social” hesabında paylaşım edib.
Aysel Əliyeva
Globalinfo.az













