İsrail Hərbi Hava Qüvvələri bir gündə Qəzza zolağında HƏMAS-ın 50 hərbi obyektinə zərbələr endirib.
Globalinfo.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.
“Son 24 saat ərzində İsrail Hərbi Hava Qüvvələri Qəzza zolağında hərbi obyektlər, silah anbarları, reaktiv yaylım atəşi sistemləri, müşahidə məntəqələri və terrorçu qruplaşmalar da daxil olmaqla 50-dən çox hədəfə zərbələr endirib və məhv edib”, -ordunun bəyanatında bildirilir.
Məlumatda Rəfah bölgəsində İsrail ordusunun hərbçilərinə hücuma cəhd göstərən şəxslərin zərərsizləşdirildiyi, bölgədə tunel dəlikləri və külli miqdarda silah-sursat, o cümlədən pulemyotlar, qumbaraatanlar, qumbaraatan və partlayıcı maddələrin aşkarlandığı qeyd olunur.
Əliyar Xəlil
Globalinfo.az