silah israil 900x602 2

İsrail Müdafiə Qüvvələri (ÇAXAL) Qəzza zolağının mərkəzindəki HƏMAS silah anbarlarını məhv edib.

Globalinfo.az xəbər verir ki, bu barədə ÇAXAL-ın mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, anbarlarda tank əleyhinə raketlər, RPG-lər, partlayıcı maddələr, qumbaralar və digər hərbi texnikalar olub.

İsrail Müdafiə Qüvvələri əlavə edib ki, zərbələrdən sonra ikinci dərəcəli partlayışlar aşkar edilib və bu da böyük silah ehtiyatlarının mövcudluğunu təsdiqləyir.

Bu həftənin əvvəlində eyni ərazidə oxşar başqa bir anbar məhv edilib.

Tahir Turan
Globalinfo.az

Paylaş: