Pezeşkian: “İsrail ağır bədəl ödədi” – YENİLƏNİB

Pezeşkian: "İsrail ağır bədəl ödədi" – YENİLƏNİB

İsrail məqsədlərinə çata bilmədi və İrana qarşı aqressiyasına görə ağır bədəl ödədi”.

Globalinfo.az xəbər verir ki, belə bir bəyanatla İran prezidenti Məsud Pezeşkian çıxış edib.

O, İsrailin İrana qarşı təcavüzkar hərəkətlərinin uğursuzluqla nəticələndiyini və bunun çox ağır nəticələri olduğunu bildirib.

“Bu aqressiv düşmən nə İranın nüvə obyektlərini məhv etmək, nə də tədqiqatları dayandırmaq məqsədinə çata bildi. Həmçinin ölkə daxilində iğtişaşlar yaratmaq cəhdləri də puç oldu”, – deyə Prezident xalqa müraciətində qeyd edib.

Pezeşkianın sözlərinə görə, İran Silahlı Qüvvələrinin cavab zərbələrindən sonra İsraildə müşahidə olunan dağıntıların miqyası bütün dünyaya göstərdi ki, İran kimi böyük bir ölkəyə qarşı belə bir avantüranın qiyməti dəhşətli oldu.

*** 21:32

İsrail məqsədlərinə çata bilmədi. 

Globalinfo.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian xalqa müraciəti zamanı deyib.

İsrail məqsədinə çata bilmədi və İrana qarşı aqressiyasına görə ağır bədəl ödədi”, – o bildirib.

Xəbər yenilənir…

Aysel Əliyeva
Globalinfo.az