İspaniyanın Valensiya muxtar icmasında leysan yağışları və daşqınlar nəticəsində ölənlərin sayı 140 nəfərə çatıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Baza” Teleqram kanalı məlumat yayıb.
Bildirilib ki, səkkiz saat ərzində bölgəyə bir illik yağıntı düşüb.
Valensiyada yağan yağışlar səbəbindən Madrid və Barselonaya gedən qatarların hərəkəti dayanıb, hava nəqliyyatı dayandırılıb, ən çox zərər çəkmiş bölgələrdə məktəblər və əsas sosial xidmətlər dayandırılıb, 150 minə yaxın insan işıqsız qalıb.
İspaniyada 3 günlük matəm elan edilib.
Axtarış-xilasetmə işləri davam edir və ölənlərin sayı arta bilər.















