İspaniya millisinin baş məşqçisi: İtaliya oyunu barədə düşünürük

İtaliya oyunu barədə düşünməyə başlamışıq.

Globalinfo.az xəbər verir ki, bunu İspaniya millisinin baş məşqçisi Luis De La Fuente Xorvatiya ilə keçirilən AVRO-2024-ün qrup mərhələsinin I turunun oyunundan sonra baş tutan mətbuat konfransında deyib.

62 yaşlı mütəxəssis qalib gəldikləri üçün xoşbəxt olduğunu bildirib: “Qələbə qazanmaq gözəl hissdir. Yaxşı başlanğıç özümüzə inamı bir qədər də artırdı. Meydanın hər qarışı uğrunda mübarizə aparırdıq. Belə bir gənc komanda ilə matç boyu konsentrasiyanı əldə saxlamaq xüsusilə xoş idi. İtaliya oyunu barədə düşünməyə başlamışıq”.

Qeyd edək ki, Almaniyada təşkil olunan AVRO-2024-ün B qrupunun ilk matçında İspaniya Xorvatiya yığmasına 3:0 hesabı ilə qalib gəlib.