İspaniya Kubokunda futbol üzrə 1/4 final mərhələsinin püşkü atılıb.
Globalinfo.az xəbər verir ki, “Real” bu raundda “Leqanes”, “Barselona” isə “Valensiya” ilə qarşılaşacaq.
Bundan əlavə, 1/4 finalda “Real Sosyedad” – “Osasuna” və “Atletiko” – “Xetafe” matçları da təşkil ediləcək.
Qarşılaşmaların dəqiq tarixi isə hələ açıqlanmayıb.














