İspaniya Müdafiə Nazirliyi Yaxın Şərqdə vəziyyətin kəskin pisləşməsi səbəbindən İraqdakı qoşunlarını müvəqqəti olaraq başqa yerə köçürmək qərarına gəlib.
Globalinfo.az xəbər verir ki, bu barədə Krallığın hərbi departamenti 15 mart bazar günü bildirib.
Rəsmi açıqlama İran, ABŞ və İsrail arasında davam edən gərginlik fonunda yayımlanıb.
Nazirlik vurğulayıb ki, bütün İspaniya qoşunları artıq təhlükəsiz yerlərdədir, lakin onların dəqiq yeri açıqlanmır.
Tahir Turan
Globalinfo.az