İspaniya millisi AVRO-2024-ə qələbə ilə başlayıb – YENİLƏNİB – VİDEO

Futbol üzrə Avropa çempionatının qrup mərhələsinin I turunda İspaniya və Xorvatiya yığmaları üz-üzə gəliblər.

Globalinfo.az xəbər verir ki, Berlin Olimpiya stadionunda baş tutan matçda birincilər 3:0 hesablı qələbəyə seviniblər.

“Buğalar”ın heyətində hesabı 29-cu dəqiqədə Alvaro Morata açıb. 3 dəqiqə sonra Fabian Ruis komandasının üstünlüyünü bir qədər də möhkəmlənidirib. Qarşılaşmada yekun hesabı isə fasilə ərəfəsində fərqlənən Dani Karvahal müəyyənləşdirib.

Matçın 80-ci dəqiqəsində xorvatlardan Bruno Petkoviç penalti zərbəsindən yararlana bilməyib.

XXX

AÇ-2024-ün qrup mərhələsinin matçları davam edir.

Globalinfo.az xəbər verir ki, günün ikinci matçında İspaniya Xorvatiya ilə qarşılaşıb.

B qrupu, 1-ci tur
İspaniya – Xorvatiya

İspanlar hesabı açıb. 29-cu dəqiqə Alvaro Morata fərqlənib. Fabian Ruiz 32-ci dəqiqədə hesabı artıraraq 2:0 çatdırıb.

45+2-ci dəqiqədə Dani Karvahal hesabı 3:0 edib.

Beləliklə, ilk hissə başa çatıb.