İsmayıllıda zəlzələ oldu – YENİLƏNİB

İsmayıllıda zəlzələ oldu - YENİLƏNİB

İsmayıllı rayonunda yenidən zəlzələ qeydə alınıb.

Globalinfo.az xəbər verir ki, bu haqda AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Bildirilib ki, İsmayıllı stansiyasından 21 km şimalda, yerli vaxtla saat 02.50-də qeydə alınan zəlzələnin maqnitudası 3,1 olub.

Zəlzələ hiss olunmayıb.

*** 01.11.2025/ 19:31

İsmayıllıda 3,4 bal gücündə zəlzələ olub.

Globalinfo.az xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb

Bildirilib ki, zəlzələnin dərinliyi 4 kilometrdir. Zəlzələ yerli vaxtla 18:03-də qeydə alınıb.

Zəlzələ episentrdə 4 bal, Basqal, Lahıc qəsəbələrində, Əhən kəndində və ətraf yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.