İsmayıllıda avtomobil aşdı: yaralılar var – FOTO

İsmayıllıda avtomobil aşdı: yaralılar var - FOTO

İsmayıllıda yol-nəqliyyat hadisəsi baş verib. Qəza axşam saatlarında Qaraməryəm–İsmayıllı avtomobil yolunun Kürdmaşı kəndi ərazisində qeydə alınıb.

Globalinfo.az report-a istinadən xəbər verir ki, ilkin məlumata görə, hərəkətdə olan avtomobilin sürücüsü idarəetməni itirib və nəticədə avtomobil yoldan çıxaraq aşıb.

Qəza zamanı Göyçay rayon sakinləri – 28 yaşlı F.Əsədov və 54 yaşlı Ş.Qasımova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

Hadisənin səbəbləri araşdırılır.

İsmayıllıda avtomobil aşdı: yaralılar var - FOTO İsmayıllıda avtomobil aşdı: yaralılar var - FOTO İsmayıllıda avtomobil aşdı: yaralılar var - FOTO