İsmayıllı sakinləri yaşadıqları dəhşəti danışdılar – VİDEO

İsmayıllı rayonunun ucqar dağ kəndi olan Qoydanda baş verən torpaq sürüşməsi nəticəsində beş ev qəzalı vəziyyətə düşüb, daha üç evdə isə təhlükəli vəziyyət yaranıb.

Globalinfo.az xəbər verir ki, təbii fəlakət nəticəsində hazırda kəndlə əlaqə kəsilib, gediş-gəlişdə problemlər yaşanır.

Kənd sakinlərinin sözlərinə görə, sürüşmədən sonra palçıq evlərin içinə dolub:

“Səhərə kimi yatmamışıq, çöldə yağışın altında qalmışıq. Uşaqlar qorxudan, həyəcandan ağlayırlar”.

Ətraflı Baku TV-nin süjetində: