İlahiyyatçıdan Elşad Mirinin “islamda baş daşı yoxdur” sözünə maraqlı CAVAB

İlahiyyatçıdan Elşad Mirinin "islamda baş daşı yoxdur" sözünə maraqlı CAVAB

Tanınmış ilahiyyatçı Elşad Miri Yenisabah.az-a açıqlaması zamanı islamda baş daşı kimi anlayışın olmadığını deyib.

Məsələ ilə bağlı Globalinfo.az-a danışan Heydər məscidinin imamı, ilahiyyatçı Rüfət Qarayev deyib ki, dində bununla bağlı qadağa yoxdur.

“Müsəlman üçün baş daşı qoymaq olar, sadəcə, dəbdəbəli olmamaq şərtilə. Amma şəriətdə sinə daşı olmaz. Onun əvəzinə gül əkilər, yaşıllıq olar ki, canlılar da bundan istifadə edə bilsin.

Ölçü baxımından isə müsəlmanın qəbri dörd barmaqdan hündür olmamalıdır. Lakin burada istisnalar var. Məsələn, alim, şeyx və s. şəxslərin məzarını səliqəli görkəmə salmaq olar. Ona görə ki, sonradan gələn nəsil həmin məzar sahibini tanısın. Ümumilikdə, dediyim kimi, müsəlman qəbri dörd barmaqdan hündür olmamalı və bir müddət sonra itib getməlidir”.

Zaira Akifqızı
Globalinfo.az