“Son illərdə Akademiyanın beynəlxalq əlaqələri genişlənib, amma etiraf etmək lazımdır ki, bu gün cənab Prezident İlham Əliyevin açdığı magistral istiqamətlərə tam cavab vermir”.
Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin iclasında AMEA-nın prezidenti İsa Həbibbəyli bildirib. Onun sözlərinə görə, AMEA bu gün Avropa və Avrasiyanın heç bir nüfuzlu beynəlxalq elmi təşkilatının, assosiasiyasının üzvü deyil:
“Asiya Elmlər Akademiyasının üzvü olsaq da, heç bir layihələrində, qrant proqramlarında iştirak etmirik. Beynəlxalq elmi təşkilatlarla əlaqələrimizin genişlənməsi istiqamətində yeni imkanlar açmalıyıq”.