İrəvan sərhədlə bağlı mühüm qərar verəcək

İrəvan sərhədlə bağlı mühüm qərar verəcək

Avropa İttifaqı (Aİ) ölkələrinin səfirləri bu gün Brüsseldə Ermənistandakı müşahidəçi missiyasının fəaliyyət müddətinin uzadılmasını müzakirə edəcəklər. 

Globalinfo.az xəbər verir ki, bu barədə “Azadlıq” radiosunun Ermənistan bürosu məlumat yayıb.

Son dəqiqə hər hansı sürprizlər olmasa, missiyanın  2027-ci il fevralın 19-dək Ermənistanda qalmasına qərar veriləcək. Müşahidəçi missiyasının say tərkibinin dəyişməz qalacağı bildirilir. 165 beynəlxalq, 44 nəfər isə erməni nümayəndənin olması planlaşdırılır.

Missiyanın fəaliyyətini Naxçıvan da daxil olmaqla, bütün Azərbaycan-Ermənistan sərhədi boyunca davam etdirəcəyi deyilir.

Qeyd edək ki, rəsmi Bakı İrəvandan sərhəddə Azərbaycanın razılığı olmadan monitorinq həyata keçirən missiyanın fəaliyyətinin sonlandırılmasını tələb edir.

Əliyar Xəlil
Globalinfo.az