Bakı JF-17-ni hərəkətə keçirdi – İrəvanın oyunu pozuldu

Bakı JF-17-ni hərəkətə keçirdi - İrəvanın oyunu pozuldu

“Azərbaycan Pakistandan JF-17 çoxfunksiyalı və yeni nəsil qırıcılar alıb. Ümumi dəyəri bir milyard dollar (birinin qiyməti 25 milyon dollardır – red.) olan bu qırıcılar ölkənin hərbi hava qüvvələrini kifayət qədər gücləndirəcək”.

Bunu Globalinfo.az-a politoloq Məhəmməd Əsədullazadə Pakistanın JF-17 qırıcısının Azərbaycan səmasında görünməsi haqda danışarkən deyib.

Politoloq İrəvanın son zamanlarda silah tədarükünü artırmasına diqqət çəkib:

“Ermənistanın Hindistandan artilleriya və digər zirehli texnikalar alması Azərbaycanın da öz hərbi qüvvələrini yeniləməsi və inkişaf etdirməsi üçün zərurət yaradır. Silahlanma yarışına Ermənistan başladı və tez bir zamanda ordusunu yeni texnikalarla təchiz etməyə çalışır. Məqsədi Azərbaycanla danışıqlarda yeni şərtlər irəli sürmək üçün zəmin yaratmaqdır. Bakı isə yeni nəsil qırıcılar almaqla İrəvanı pis vəziyyətdə qoydu.

Azərbaycan bundan sonra da Ermənistan və onun hamilərini təəccübləndirməyə davam edəcək. Bakıya qarşı kirli oyunların ardı-arası kəsilmir”.

Turan Rzayev
Globalinfo.az