İrəvanı “Vaqner” qorxusu bürüdü – Hazırlıq gedir?

Ermənistanda “Vaqner”çilərin olması iddiaları hələ də gündəmdədir.

Globalinfo.az xəbər verir ki, bununla bağlı Ermənistanın Milli-demokratik qütb (Qərbyönlü) hərəkatının təmsilçisi Jirays Sefilyan Milli Təhlükəsizlik Xidmətinə çağırılıb.

Onun məsələ ilə bağlı dindirilməsi nəzərdə tutulur. Buna səbəb J.Sefilyanın Ermənistanda “Vaqner”çilərin olması barədə bəyanatlar verməsidir.

Qeyd edək ki, bir qədər əvvəl Ermənistanda üç minə qədər “Vaqnerçi”nin olduğu və onların dövlət çevrilişinə cəhd göstərə biləcəyi iddia edilir.

Rusiya bunu təkzib edir.

Tamerlan Yayaqan 

Globalinfo.az