Iran azerbaycan 123

Ermənistanın Qərblə yaxınlaşması İranın da diqqətindən yayınmayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri yazıb.

Qeyd olunur ki, artıq İranın siyasətində müəyyən dəyişiklik müşahidə olunur. Buna səbəb İranın Ermənistana görə Azərbaycan və Türkiyə ilə münasibətlərini daha da korlamaq istəməməsidir. Bu məsələdə İrəvanın ABŞ-la təlimləri də xüsusi rol oynayıb.

İranla Azərbaycan arasında son səfərlər və danışıqların qrafiki, xarakteri göstərir ki, tərəflər artıq gərginliyin pik həddini geridə qoyublar.

Erməni nəşri qeyd edib ki, İrəvan dost ölkənin etimadını və dəstəyini itirməyə başlayır:

“Həqiqətən, vəziyyət çox qorxuludur”.

Tamerlan Yayaqan
Globalinfo.az

Paylaş: