Ermənistanın keçmiş prezidenti Serj Sərkisyana qarşı yeni cinayət işi açılıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “NEWS.am” məlumat yayıb.
“İsakov prospekti və Yerablur hərbi panteonuna bitişik torpaq sahələrinin qanunsuz olaraq özgəninkiləşdirilməsi ilə bağlı başlanan cinayət işində Sərkisyana qarşı 18 xüsusi külli miqdarda mənimsəmə, iki xüsusi külli miqdarda çirkli pulların yuyulması və üç maddə üzrə ittihamlar irəli sürülüb”, – deyə qeyd olunub.
Həmçinin həbs-qətimkan tədbiri kimi ölkədən çıxmamaq barədə yazılı öhdəlik seçilib.
O, dövlət büdcəsindən təxminən yarım milyard dramın oğurlanmasını təşkil etməklə də günahlandırılır.
Günay Rəsulqızı
Globalinfo.az














