İrəvandakı Qarabağ separatçıları ilə bağlı ŞOK PLAN: “Bir-bir…”

Paşinyan çalışır ki, Ermənistana gəlmiş “Qarabağ elitası” heç bir səs çıxarmasın.

Globalinfo.az xəbər verir ki, bunu erməni politoloq Benyamin Matevosyan deyib.

“Ermənistan xüsusi təyinatlılarının “Qarabağ nümayəndəliyi” önündəki maska-şousu məntiqi nəticədir. Onlar istəyirlər ki, “Qarabağ elitası” Ermənistana gəldikdən sonra səs çıxarmasın. Onlar heç nə ilə bağlı qiymətləndirmə etməmişdilər, siyasi birləşmələrindən söhbət belə getmirdi. Lakin Paşinyan hər şeyi yekun olaraq məhv etmək qərarı verdi. Məsələ ondadır ki, Paşinyan “Qarabağ nümayəndəliyi”nin qapıları ilə kifayətlənməyəcək, o, konformist tərəfdarı olan bütün hərbi-siyasi elita nümayəndələrinin evinə girəcək”.

Qeyd edək ki, iyunun 21-də Ermənistan xüsusi təyinatlıları keçmiş qondarma Qarabağ rejiminin Ermənistandakı nümayəndəliyinə daxil olaraq buradan Şahramanyanın maşınlarını aparıblar. Ardınca Şahramanyanın özü də sorğuya çağırılıb.

Əliyar Xəlil
Globalinfo.az