Ermənistan təşviş içində: polis Azərbaycan əsgərini axtarır – VİDEO

Ermənistanda polis Ararat və Dərələyəz bölgələrində gücləndirilmiş rejimə keçib.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki. erməni mediası polislərin Vedi və Gorus yaxınlığında postlar qurduğunu, həm İrəvana, həm də əks tərəfə gedən bütün maşınları yoxladığını, hətta yük yerlərinə baxış keçirdiyini yazır.

Yoxlamanın səbəbi açıqlanmır. Ancaq erməni mediasının iddiasına görə, polis 9 iyunda itkin düşən Azərbaycan əsgərini axtarır.

Qeyd edək ki, 9 iyunda Azərbaycan Ordusunun əsgəri Ceyhun Tofiq oğlu Hüseynov Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Günnüt yaşayış məntəqəsi istiqamətində naməlum şəraitində itkin düşüb. Erməni mediası əsgərimizin Naxçıvan sərhədindəki Arpa kəndi yaxınlığında saxlanıldığını iddia etsə də, Ermənistan MTX məlumatı təkzib edib.

***10:30

Bu gün səhər saatlarından İrəvana gedən bütün yollarda postlar qurulub.

Globalinfo.az xəbər verir ki, görüntülər Ermənistanda geniş müzakirələrə səbəb olub.

Məlumata görə, polis əməkdaşları sürücülərin sənədlərinə baxır və eləcə də avtomobillərin “baqaj”ını yoxlayır.

Zaira Akifqızı
Globalinfo.az