Pasinyan

“Paşinyanın mətbuat konfransından yeni heç nə gözləməyə dəyməz”.

Globalinfo.az xəbər verir ki, bunu hökumət binası qarşısında keçirdiyi aksiyada jurnalistlərə açıqlamasında erməni ictimai-siyasi xadim Vaaqn Çaxalyan deyib.

“Düşünürsünüz ki, beynəlxalq ictimaiyyət sizin hakimiyyətdə qalmaq üçün necə səy göstərdiyinizi görmür? İnanın mənə, o, çox təhlükəli oyun oynayır”, – V.Çaxalyan bildirib.

Çaxalyan Paşinyanın bugünkü mətbuat konfransında ermənilər üçün xeyirli heç bir şeyin olmayacağını bildirib:

“Birincisi, bu gün mətbuat konfransında o, yaxşı heç nə deməyəcək. Məncə, daha biri pis şey elan edəcək, çünki, xalqa pis xəbərlər gətirir. Bu qədər sayda polisin burada toplanması da dediklərimi sübut edir”.

Paylaş: