İrəvanda partiya sədri qaçırıldı – FOTO

Ermənistanda “Demokratik Birlik” partiyasının rəhbəri Suren Petrosyan qaçırılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə sosial şəbəkələrin erməni seqmentində məlumat yayılıb.

Partiya sədrinin dünən mülki geyimli şəxslər tərəfindən oğurlandığı bildirilir.

Suren Petrosyanın harada olması barədə hələ də məlumat yoxdur.

Suren Petrosyan

Leyla Əlisoy
Globalinfo.az