İrəvanda etirazlar başladı: “Paşinyan Bakıya getsin və…”

“Ermənistanın Baş naziri Nikol Paşinyan COP29 çərçivəsində Bakıya getməli və İrəvanın tələblərini birbaşa özü çatdırmalıdır”.

Globalinfo.az xəbər verir ki, bunu “Birgə” Alternativ Koordinasiya Şurasının üzvü Narine Dilbaryan deyib.

O, İrəvanın şərtlərini Bakıya birbaşa çatdırmalı olduğunu bildirib:

“30 il əvvəl Azərbaycandan Ermənistana gələn çox sayda adam var. Onlar geri qayıtmalıdırlar. Ümumiyyətlə, baş nazir COP29-a görə Bakıya getməli, əsir və köçkünlərlə bağlı məsələləri, həmçinin digər vacib mövzuları orada birbaşa müzakirə etməlidir”.

Qeyd edək ki, hazırda İrəvanda hökumət binasının qarşısında etiraz aksiyası keçirilir.

Ayşən Mustafa
Globalinfo.az