Keçmiş qondarma rejimin separatçıları Ermənistanda 19 sentyabr tarixinin “artsaxın soyqırımı günü” kimi qeyd olunması təklifi ilə çıxış ediblər.
Globalinfo.az xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti məlumat yayıb.
Nəşr yazır ki, separatçılar sentyabrın 18-də İrəvanda iclas keçirərək bu qərarın təsdiqlənməsini planlayıblar.
Vahid Vətən Partiyasının sədri Samvel Babayan əvvəlcə bu təkliflə razılaşdığını desə də, sözügedən iclasa qatılmayıb. Hətta onun partiyasından heç kimin toplantıya getmədiyi bildirilib. Bununla da iclasın baş tutmadığı və həmin layihənin təsdiqlənmədiyi açıqlanıb.
S.Babayanın İrəvanın tapşırığı ilə iclasa qatılmadığı iddia edilir.
Xatırladaq ki, sentyabrın 19-u Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda keçirdiyi bir günlük antiterror tədbirlərinin başlamasının ildönümüdür.
Əliyar Xəlil
Globalinfo.az














