İrəvan yeni hədəfini elan etdi – Xocalı qatilləri

İrəvan yeni hədəfini elan etdi – Xocalı qatilləri

“İrəvandakı etirazçılar hər şeyi etdilər ki, situasiyanı provokasiya edib, qarşıdurma yaratsınlar”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.

“Bu fəaliyyətlər nəticəsiz qalmayacaq. Buna görə bütün məsuliyyət katalikos II Qareginin üzərindədir. Baş verənlərin arxasında Robert Köçəryan, Serj Sərkisyan və Daşanksütyun Partiyası dayanır. Bunların hamısında geosiyasi və hibrid müharibənin elementləri var”, – o bildirib.

Qeyd edək ki, dünən İrəvanda polislə etirazçılar arasında toqquşma yaşanıb. Toqquşmaya səbəb etirazçıların parlamentə yürüş etməsi olub.

Əliyar Xəlil
Globalinfo.az