Bakı və İrəvan iki məsələdə razılığa gələ bilməyib – Paşinyan

Bakı və İrəvan iki məsələdə razılığa gələ bilməyib – Paşinyan

İrəvan və Bakı sülh sazişinin 15 bəndini təsdiqləyib.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan brifinq zamanı deyib.

“İki bənd ilə bağlı razılığa gəlməmişik. Onlardan biri, üçüncü ölkəyə məxsus qoşunun sərhəd boyunca yerləşdirilməsi, digəri isə beynəlxalq məhkəmələrdə qaldırılan iddialardır. Qalan 15 bənd artıq razılaşdırılıb”, – Paşinyan bildirib.

Aysel Əliyeva
Globalinfo.az