İrəvan Qarabağdan ermənilərin köçünü niyə sakit izlədi? – İlginc İDDİA

“Paşinyan Qarabağı satdı ki, “ağ cənablar” (amerikalıları nəzərdə tutur – red.) Zəngəzurdan istifadə etsinlər”.

Globalinfo.az xəbər verir ki, bunu erməni politoloq Benyamin Matevosyan deyib.

“İndi başa düşürsünüz ki, niyə Qarabağı belə biabırçı verdilər? İndi başa düşürsünüz ki, niyə Ermənistan ordusu 2023-cü ilin sentyabrında sadəcə dayanıb, Qarabağın boşalmasını niyə izlədi? İndi bildiniz ki, Qarabağda Rusiya sülhməramlılarının getməsi kimə lazım idi? Paşinyan Qarabağı satdı ki, “ağ cənablar” Zəngəzurdan istifadə edə bilsinlər. “Ağ cənab” sizə türk vilayətində “tualet” belə vermədi” – deyə o bildirib.

Əliyar Xəlil
Globalinfo.az