Rusiya ABŞ-la münasibətləri normallaşdırandan sonra Ermənistanı məsuliyyətə cəlb edəcək.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistan Hesablama Palatasının sədri Nairi Sərkisyan deyib.
O qeyd edib ki, Qərb ABŞ-ın başlatdığı sanksiyaları yumşaltmağa başlayacaq:
“Nəticədə Avropa ölkələri müəyyən güzəştlərə getməyə məcbur olacaq. Ermənistanın son illərdəki iqtisadi artımı yalnız Ukrayna müharibəsi fonunda Rusiya ilə Qərbin qarşıdurması ilə bağlı olub. Münasibətlər normallaşarsa və birbaşa ticarət bərpa olunarsa, Ermənistan sıxışdırıla bilər”.
Əliyar Xəlil
Globalinfo.az














