İrəvan Bakı ilə imzalanan sənədi təsdiqlədi

İrəvan Bakı ilə imzalanan sənədi təsdiqlədi

Ermənistan hökuməti Azərbaycanla delimitasiya və demarkasiya komissiyaları arasında imzalanan əsasnaməni təsdiqləyib. 

Globalinfo.az xəbər verir ki, sənəd sentyabrın 5-də keçirilən hökumət iclasında təsdiq olunub.

Məlumata görə, sənəd 7 maddədən ibarətdir. Əsasən proseslə bağlı texniki məlumatlar, ümumi resepturalar qeyd olunub. Sözügedən əsasnamədə İrəvan və Bakının 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında sərhədin demarkasiyasını həyata keçirmək barədə razılığa gəldiyi, lakin bu razılaşma yekun olmadığı yazılıb.

Əsasnamədə sülh sazişi qəbul edildikdən sonra demarkasiya prosesinin gələcəkdə başqa prinsiplərlə davam edə biləcəyi qeyd edilib.

Ayşən Mustafa
Globalinfo.az