“ABŞ Prezidenti Donald Trampın İrana qarşı təhdidlərinin heç bir təsiri olmayacaq”.
Globalinfo.az xəbər verir ki, bunu İran Ordusunun Strateji Araşdırmalar Mərkəzinin direktoru, general Əhməd Rza Purdastan deyib.
“İran ordusu maksimal hazırlıq səviyyəsindədir və düşməni müşahidə edərkən lazımi müdafiə tədbirlərini həyata keçirir” – deyə Purdastan bildirib.
Onun sözlərinə görə, ABŞ hazırda tənəzzül dövründədir və öz müttəfiqləriylə belə konflikt yaşayır. Purdastan Trampın prezidentlik dönəmini başa vura bilməyəcəyini də iddia edib.
Qeyd edək ki, ABŞ bundan öncə İsrailə MK-8 ağır bombalarını tədarük edib. Silahın yeraltı anbarları məhv etmək etmək gücündə olduğu vurğulanır. İranın nüvə obyektlərinin böyük hissəsi isə yerin altında yerləşir.
Əliyar Xəlil
Globalinfo.az














