ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və müşaviri Cared Kuşner İranla danışıqlar aparmaq məqsədilə Pakistana yola düşəcək.
Globalinfo.az APA-ya istinadla xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Karolin Livitt bildirib
Məlumata görə, nümayəndə heyəti İslamabadda İran tərəfinin mövqeyini dinləmək və mümkün razılaşma istiqamətlərini müzakirə etmək üçün səfər edəcək.
Qeyd olunur ki, ABŞ diplomatiyaya şans verməyə hazırdır və bu səfər də məhz bu çərçivədə həyata keçirilir.
***21:12
ABŞ Prezidenti Donald Tramp İranla danışıqların növbəti mərhələsi üçün xüsusi nümayəndəsi Stiv Uitkoff və müşaviri Cared Kuşneri Pakistana göndərmək qərarı verib.
Globalinfo.az APA-ya istinadla xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Bildirilir ki, nümayəndə heyəti İslamabadda İranın xarici işlər naziri Abbas Əraqçi ilə görüşəcək.
Qeyd olunur ki, bu danışıqlar son aylarda davam edən diplomatik təmasların davamıdır və tərəflər mümkün razılaşma üzərində işləyirlər.
Məlumata əsasən, ABŞ vitse-prezidenti Cey Di Vens hazırda danışıqlarda birbaşa iştirak etməyəcək, lakin prosesdə irəliləyiş olacağı halda Pakistana səfər edə bilər.