İranın unuda bilmədiyi sərhəd əməliyyatı – 3 il öncə Tehranı şoka salan olaylar

İranın unuda bilmədiyi sərhəd əməliyyatı – 3 il öncə Tehranı şoka salan olaylar

İranla 132 km sərhədimizin bütövləşməsindən 3 il ötür. Bu həm də Xudafərin və digər ərazilərin azad olunması idi.

3 il öncə bu fakt İranı narahat edirdi. Münasibətlərin normallaşmasına baxmayaraq rəsmi Tehranın narahatlığı, habelə qərəzi hələ də qalır.

Cənub sərhədimizə nəzarəti 27 il sonra bərpa etməyimiz siyasi, hərbi, geostrateji baxımdan bizə hansı üstünlükləri verdi?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Əli Zülfüqaroğlu deyib ki, İran Azərbaycanın güclənməsini həmişə milli təhlükəsizliyinə təhdid hesab edib:

Ağsaqqallar – TAİB üzvü, tanınmış jurnalist Əli Zülfüqaroğlu: “Fəlakətdən yararlanmaq cəhdləri: şeytanla dostluq və hədəfə qoyulan dövlət”

Əli Zülfüqaroğlu

“İranda bəzi dairələr düşünürlər ki, əgər Azərbaycan regionda gücə çevrilsə bu, Güney Azərbaycanda aktivləşməyə səbəb olacaq və nəticədə İranın bütövlüyü üçün problemlər yaranacaq.

Azərbaycan ən yüksək səviyyədə dəfələrlə bəyan edib ki, hər bir dövlətin, eyni zamanda qonşuların ərazi bütövlüyünə, suverenliyinə hörmətlə yanaşır. Amma bütün bunlara rəğmən İran Azərbaycana qarşı separat siyasətini davam etdirib. Biz bunu Vətən müharibəsi dönəmində daha açıq formada müşahidə etdik. Düzdür, Azərbaycanın qətiyyətli və effektiv diplomatik gedişləri sayəsində İran reallıqları qəbul edir. Amma yenə də tam obyektiv münasibət sərgiləmir.

Azərbaycanın işğalda qalan İranla sərhədləri nəzarətsiz bölgə olduğuna görə, burda qaçaqmalçılıq, narkoticarət və ümumiyyətlə kriminal ünsürlər üçün əlverişli mühit yaradırdı. Eyni zamanda İran Güneylə Quzeyin arasında əngəlin qalmasında maraqlı idi. Artıq Azərbaycan hərbçiləri bütün sərhədlərimizə nəzarət edir. Bu bizim hərbi və siyasi üstünlüyümüz üçün vacib şərtdir”.

Turan Rzayev
Globalinfo.az