İranın nüvə obyektlərinə çıxış tez bərpa edilməlidir – MAQATE

İranın nüvə obyektlərinə çıxış tez bərpa edilməlidir - MAQATE

Beynəlxalq müfəttişlərin İranın nüvə obyektlərinə çıxışı mümkün qədər tez bərpa edilməlidir.

Globalinfo.az xəbər verir ki, bunu MAQATE-nin baş direktoru Rafael Qrossi CNN-ə deyib.

“Biz mümkün qədər tez danışıqlar masasına qayıtmalıyıq. Müfəttişlərin İranın nüvə obyektlərinə qayıtmasına icazə verilməlidir”, – o vurğulayıb.

MAQATE rəhbəri qeyd edib ki, Fordo nüvə obyektinə dəymiş zərəri qiymətləndirilə bilmir. O, bunun əhəmiyyətli ola biləcəyini də etiraf edivlb.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp daha əvvəl bəyan etmişdi ki, ABŞ İrandakı üç nüvə obyektinə, o cümlədən Fordo, Natanz və İsfahana uğurlu hücum həyata keçirib. O bildirib ki, Tehran münaqişəni dayandırmağa razı olmalıdır.

Əliyar Xəlil 

Globalinfo.az