İranın hava məkanının bağlı qalma müddəti uzadıldı

İranın hava məkanının bağlı qalma müddəti uzadıldı

İranda daxili və beynəlxalq uçuşların ləğvini çərşənbə günü səhər saat 14:00-a qədər uzadıldı. 

Globalinfo.az xəbər verir ki, bu barədə Yollar və Şəhərsalma Nazirliyi məlumat yayıb.

Nazirlik əhaliyə hava limanlarına getməmək üçün çağırış edib. Uçuşların ləğvi ilə bağlı məlumatların yalnız rəsmi mənbələrdən izlənməsi tövsiyə olunub.

Qeyd edək ki, ötən gün hava məkanının 17 iyun saat 14:00-a kimi bağlı qalacağı açıqlanmışdı.

Əliyar Xəlil
Globalinfo.az