gurcustan

İranın Gürcüstandakı səfiri Seyid Əli Mocaninin ABŞ-da Donald Trampın tərəfdarlarının bədəlini ödəməsi ilə bağlı paylaşımı Tbilisidə ciddi narazılıq doğurub.

Globalinfo.az xəbər verir ki, bu barədə “Georgia24” portalı məlumat yayıb.

Məlumata görə, bu açıqlama Gürcüstanda xüsusilə ABŞ dövlət katibi Marko Rubionun Baş nazir İrakli Kobaxidzeyə etdiyi son telefon danışığından sonra gizli təhdid kimi qiymətləndirilib.

Məsələ ilə bağlı danışan ekspertlər, o cümlədən reinteqrasiya məsələləri üzrə nazir Paata Zakareişvili, yaranan vəziyyəti “narahatedici” adlandırıblar. Onların fikrincə, Tehranın bu cür sərt ritorikası Vaşinqtonun Gürcüstanın mövqeyini daha aydın şəkildə müəyyənləşdirmək cəhdləri ilə bağlı ola bilər.

Qeyd olunur ki, rəsmi Tbilisinin məsələ ilə bağlı hələlik mövqe bildirməməsi ölkənin xarici siyasət kursu ətrafında müzakirələri daha da gücləndirib.

Tahir Turan
Globalinfo.az

Paylaş: