İranın gücü azalacaq? – Almaniya Kansleri proqnoz verdi

İranın gücü azalacaq? - Almaniya Kansleri proqnoz verdi

Almaniya Kansleri Fridrix Mertz İsrailin İrana qarşı əməliyyatlarını dəstəklədiyini bildirib. İsrailə və İsrail xalqına bu əməliyyatlara görə dərin hörmət duyduğunu da dilə gətirib. 

Globalinfo.az xəbər verir ki, bu barədə o, ZDF telekanalına müsahibəsində danışıb.

“Bu, kirli bir işdir ki, İsrail hamımızın əvəzinə onu görür”, – Mertz deyib.

O, “Welt” nəşrinə müsahibəsində isə bildirib ki, ABŞ Yaxın Şərqdə yaşananlara müdaxilə edib-etməmək barədə hələ ki bir qərara gəlməyib.

“Görünən odur ki, ABŞ hökuməti tərəfindən hər hansı bir müdaxilə barədə qərara gəlinməyib. Böyük ehtimalla, yaxın günlərdə bu qərar alınar”, – Mertz qeyd edib.

Kansler İsrailin hücumlarından sonra İranın bir daha əvvəlki gücünə qayıda bilməyəcəyini deyib.

Aysel Əliyeva
Globalinfo.az