İranın Bakıya notasında diqqətdən qaçan məqam

İranın Bakıya notasında diqqətdən qaçan məqam

Tehranın şənbə notası

Deyirlər, vİranın Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasına diplomatik  “nota” göndəribmiş. Xub! Amma, lakin və ancaq:

Beynəlxalq diplomatik qaydalara, necə derlər, protokola uyğun olaraq diplomatik notalar həftənin iş günləri göndərilir. Şənbə günü nə nota?

Tehranda Azərbaycan səfiri yoxdur, rəsmi Tehranın himayə etdiyi terrorçunun törətdiyi terakt sonucunda səfirlik hələ işləmir. Bəs bunlar necə nota göndəriblər?

Azərbaycanda Tehrandakı Fars-Molla rejimindən fərqli olaraq KİV-də plüralizm hökm sürür. Ayrıca, Azərbaycan KİV-də Tehran rejimi ilə bağlı yazılanlar, üç-beş nəfərin deyil, yüzminlərin, milyonlarla azərbaycanlının fikrinə uyğundur;

Fars-Molla rejimi uzun müddətdir, öz KİV-ində müstəqil Azərbaycan Respublikasına qarşı düşmənçilik, aşağılama siyasəti yürüdür və rejimin xüsusi xidmət orqanları Azərbaycana qarşı təhqiredici “Səhər TV” kanalı yaradıb. Vətəncanlı, həqiqətpərvər Azərbaycan KİV-i isə rejimin sərsəmləmələrinə cavab verir. Əgər bu cavablar layiqlidirsə, həqiqəti ifadə gücündəsə, Tehran rejimi dönüb bir güzgüyə baxsa, öz əməllərini saf-çürük etsə, yaxşı olar…

Şüşə evdə oturubsansa, daş evlərə daş atmayacaqsan!..

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

Əkbər QOŞALI