İranın Bakı təxribatı: 4 ölkə Tehranı eyni anda vuracaq

İranın Bakı təxribatı: 4 ölkə Tehranı eyni anda vuracaq

“Azərbaycan və Türkiyə Silahlı Qüvvələri birgə hərbi təlim keçirdi. Təlimdə əsas diqqət qoşunların qarşılıqlı əlaqədə fəaliyyətləri zamanı döyüş uzlaşmasının təmin edilməsi, idarəetmənin təkmilləşdirilməsi, təcrübə mübadiləsi və şəxsi heyətin peşəkarlığının artırılmasına yönəldildi”.

Globalinfo.az xəbər verir ki, bu sözləri siyasi şərhçi Kənan Novruzov deyib.

O bildirib ki, qarşılıqlı hərbi təlimlər tərəflər arasında imzalanan Şuşa Bəyannaməsinə də uyğundur:

“Bu təlimlər hansısa üçüncü ölkənin təhlükəsizliyi üçün təhdid deyil. Sadəcə, Bakı və Ankara müntəzəm olaraq hərbi təcrübələrini bölüşürlər. Əlbəttə, həm də dost və düşmənə lazımi mesajlar verilir.

Təlimlər Bakı ilə yanaşı, cənub sərhədlərimizdə keçirildi. Şübhəsiz, bu, təsadüfi deyil. İran son vaxtlar Azərbaycanla bağlı aqressiv siyasət yürüdür. Molla rejimi əsassız bəyanatlarla rəsmi Bakıya qarşı təxribata yol verir. Doğrudur, Tehran həmişə ikiüzlü olub, müsəlmanlığa zidd davranıb. Biz bunu İkinci Qarabağ müharibəsi zamanı və ondan sonrakı dövrdə aydın gördük. İndi isə bu ritorika daha da güclənib. Səbəb aydındır: İran Azərbaycanın güclənməsini qəbul etmək istəmir. Çünki bunu öz təhlükəsizliyinə təhdid kimi görür. Həmçinin İran daxilindəki aksiyalar mövcud iqtidarı ictimai rəyin istiqamətini dəyişməyə sövq edir. Ona görə də İran Azərbaycanla süni gərginlik yaratmağa çalışır”.

İranın Bakı təxribatı: 4 ölkə Tehranı eyni anda vuracaq

Ekspertin sözlərinə görə, İranın indiki məqamda Azərbaycanla qarşıdurmaya getməsi ona sərf etmir:

“Çünki qarşıdurma zamanı həm xarici aktorların İrana təzyiqləri artacaq, həm də daxildəki soydaşlarımız ayağa qalxacaq. Buna baxmayaraq, Tehran hazırkı ritorikanı çıxış yolu kimi görür. Bu mənada Bakı və Ankaranın İranla sərhəddə keçirdiyi birgə hərbi təlimlər həm də Tehrana mesajdır. İran regional siyasətində diqqətli olmalı, təxribatçı addımlardan çəkinməlidir. Əks halda bilməlidir ki, həm Türkiyə, həm də İsrail Azərbaycanın yanında olacaq. Həmçinin ABŞ bu fürsətdən istifadə edərək İranı sıxışdıracaq.

Bundan başqa, nəzərə almaq lazımdır ki, Azərbaycan artıq əvvəlki deyil: ölkəmizin hərbi gücü xeyli artıb. Üstəlik, rəsmi Bakının müttəfiqləri də çoxalıb. Biz nəinki regional, həm də beynəlxalq siyasi aktoruq. İran mütləq bu reallıqları nəzərə almalı, birgə hərbi təlimlərin verdiyi mesajdan dərs çıxarmalıdır. Əks halda rəsmi Tehran özünü dalana salacaq”.

Turan Rzayev
Globalinfo.az