İranın Azərbaycan haqda TAM MƏXFİ sənədi yayıldı – Orada yazılıb ki…

İran Xarici İşlər Nazirliyinin Azərbaycanla bağlı tam məxfi qrifli sənədi ortaya çıxıb.

Globalinfo.az xəbər verir ki, sənədi İran Xalq Mücahidləri Təşkilatının “İnqilab üçün qiyam” haker qrupu yayıb.

Tam məxfi qrifli sənəddə İran Xarici İşlər Nazirliyinin hökumətə Bakı ilə münasibətlərin normallaşdırılmasına dair məsləhəti yer alıb.

Sənəddə həmçinin Bakının fəaliyyəti ciddi təhdid kimi qiymətləndirilib.

XİN münasibətlərə yenidən nəzər yetirilməsinin Azərbaycan tərəfindən düşmənçiliyin artmasına gətirib çıxaracağını söyləyib. Üstəlik, bu işdən ən böyük mənfəəti İsrailin götürəcəyi vurğulanıb.

Qeyd edək ki, adı çəkilən təşkilat bir müddət öncə İran hakimiyyətinin minlərlə məxfi sənədini ələ keçirdiyini açıqlamışdı.

İlkin Həsənov
Globalinfo.az