İsrailin İrana hücumu nəticəsində altı nüvə alimi ölüb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Tasnim” xəbər agentliyi məlumat yayıb.
Ölənlər Əbdülhəmid Manuçehr, Əhmədrza Zülfüqari, Seyid Əmirhüseyn Fiqhi, Mətləbizadə, Məhəmmədmehdi Tehranci və Feridun Abbasidir.
Məlumata görə, sözügedən alimlər ölkənin nüvə proqramının inkişafında mühüm rol oynayıb və beynəlxalq elmi dairələrdə tanınmış mütəxəssislər olub.














