Ismayil B%C9%99qayi

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi ABŞ Prezidenti Donald Trampın “Project Freedom” (Azadlıq layihəsi) təşəbbüsünə münasibət bildirib.

Globalinfo.az xəbər verir ki, o, bu barədə jurnalistlərə açıqlamasında danışıb.

Bəqayi qeyd edib ki, İran Silahlı Qüvvələri ABŞ-ın mümkün təhdidlərinə cavab vermək üçün kifayət qədər hazırlıqlıdır:

“İran özünü Hörmüz boğazının əsas qoruyucusu və nəzarətçisi kimi görür. Omanla aparılan danışıqlar davam edir və məqsəd gəmi hərəkətinin təhlükəsizliyini təmin etmək üçün xüsusi protokol və mexanizmin hazırlanmasıdır”.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazında yaranmış gərginlik səbəbindən ticarət gəmilərinin təhlükəsiz şəkildə ərazidən çıxarılması üçün genişmiqyaslı humanitar əməliyyatın başladığını elan edib.

O, “Project Freedom” adlanan bu təşəbbüsün bazar ertəsi səhər (Yaxın Şərq vaxtı ilə) başlayacağını bildirib.

Safura Bənnayeva
Globalinfo.az 

Paylaş: