İrandan MAQATE açıqlaması: “130-dan çox müfəttiş…”

İrandan MAQATE açıqlaması: "130-dan çox müfəttiş..."

MAQATE-nin 130-dan çox müfəttişi İranda işləmək üçün icazə alıb.

Globalinfo.az xəbər verir ki, bunu İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd İslami deyib.

Məlumata görə, MAQATE-nin baş direktoru Rafael Qrossi mayın 6-7-də İrana səfər edəcək və İslam Respublikasının Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd İslami ilə görüşəcək.

“İranın nüvə obyektlərinin təftişi davamlı olaraq həyata keçirilir”, – deyə İslami vurğulayıb.

Qeyd edək ki, daha öncə MAQATE İranın zənginləşdirilmiş uranın hasilatını 60 faizə çatdırdığını bildirmişdi.

Əliyar Xəlil
Globalinfo.az