17390455802294242816 1200x630

Böyük Britaniyanın səhiyyə naziri Endryu Qvin istefaya göndərilib.

Globalinfo.az xəbər verir ki, bu barədə Baş nazir Kir Starmerin yazılı bəyanatında deyilir.

Qeyd olunur ki, Qvin “WhatsApp” qrupunda bir sıra seçicilər və eləcə də Baş nazirin müavini Ancela Reynerin ünvanına təhqiramiz ifadələr işlətməsi səbəbindən vəzifəsindən kənarlaşdırılıb.

“Baş nazir dövlət qulluğunda yüksək davranış standartlarını qorumağa və zəhmətkeş insanlara xidmət edən hökumətə rəhbərliyinə sadiqdir. Bu standartlara uyğun gəlməyən istənilən nazirə qarşı tədbir görəcək, necə ki, indi gördü”, – bəyanatda deyilir.

Xatırladaq ki, daha öncə “The Daily Mail” Endryu Qvinin Leyboristlər Partiyasının digər üzvlərinin də olduğu “WhatsApp” qrupunda müxtəlif təhqiramiz ifadələr işlətməsi barədə xəbər yayıb. Nəşrin iddiasına görə, Qvin hətta yaşlı bir seçicisi haqqında növbəti seçkiyədək ölməsini arzuladığı barədə zarafat edib.

Endryu Qvinin partiyada fəaliyyətinə son verilib və sözügedən yazışmaların araşdırılmasına başlanılıb.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: